Azərbaycan klubunun rəhbərliyində ayrlıq baş verdi

20:00 Kəpəz 208
Azərbaycan klubunun rəhbərliyində ayrlıq baş verdi

“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətini tərk edən var.

İki il öncə Gəncə klubunda işlə başlayan Fərman Əlizadə buradan ayrılıb. İş adamı öz istəyi ilə üzvlükdən gedib.

Bu ilin iyulunda İdarə Heyətinin yeni heyəti müəyyənləşdirilib.

İclasda Anar Abdullayev sədr seçilib. Bundan başqa, Umud Tarverdiyev və Fərman Əlizadə İdarə Heyətinə üzv təyin olunublar.

Gəncə təmsilçisinin hazırda Premyer Liqada çıxış etməsi Fərman Əlizadənin xidmətidir. Çünki o, ötən mövsüm klubu təkbaşına idarə edib.

Adil Vəliyev bu müddətdə formal olaraq İdarə Heyətinin sədri postunda qalıb, əsas işi Əlizadə görüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti