«Kəpəz» rəhbərliyi uşaq futboluna diqqəti artıracaq. B
u vəd klubun İdarə Heyətinin sədri Anar Abdullayev tərəfindən verilib.
Yayda rəhbər seçilmiş şəxs akademiyada çalışan məşqçilərlə görüşdə bu məsələni qaldırıb.
O, sözügedən sahədə mövcud olan problemlərlə maraqlanıb, onların həlli istiqamətində konkret addımların atılacağını bildirib.
Abdullayev qeyd edib ki, Gəncə böyük futbol ənənəsi olan yerdir, bu şəhərdən həmişə yaxşı futbolçular çıxıb və sistemli fəaliyyət göstərilərsə, hər şey öz axarına düşəcək.
İdarə Heyətinin sədri söyləyib ki, akademiyanın maddi-texniki bazası gücləndiriləcək, şəraiti yaxşılaşdırılacaq, eyni zamanda, istedadlı uşaq və yeniyetmələr əsas komandanın məşqçiləri tərəfindən nəzarətdə saxlanılacaq.
«Sarı-göylər»in birinci şəxsi inanır ki, perspektiiv vəd edən oyunçular tezliklə «Kəpəz»in heyətində Premyer Liqada özünü göstərmək şansı qazanacaq.
SPORTİNFO.AZ
