Millinin baş məşqçisi bu şəhərə getdi, ondan orada nə XAHİŞ ETDİLƏR?

14:00 Kəpəz 157
Millinin baş məşqçisi bu şəhərə getdi, ondan orada nə XAHİŞ ETDİLƏR?

Millinin baş məşqçisi Ayxan Abbasov Gəncəyə səfər edib.

O, Premyer Liqanın 8-ci turu çərçivəsində keçirilən «Kəpəz» - «Zirə» qarşılaşmasını tribunadan izləyib.

Çalışdırıcı 1:1 başa çatan matçın ardından izdiham arasına düşüb. Belə ki, yerli azarkeşlər 45 yaşlı mütəxəssisi əhatəyə alaraq, onu Gəncədə görməkdən məmnun olduqlarını bildiriblər.

Fanatlar Abbasovdan onların istəyini AFFA-ya çatdırmalarını xahiş edib. Tərəfdarlar yığmanın növbəti rəsmi oyunlarından birinin Nizami yurdunda keçirilməsini arzuladıqlarını dilə gətiriblər.

«Kəpəz»sevərlər qeyd ediblər ki, federasiya ölkənin əsas komandasının Gəncədə meydana çıxmasına razılıq versə, stadionda əsl bayram ab-havası yaradacaqlar.

Əslində, milli bu ay qərb şəhərində oynamalı idi. Litva ilə UEFA Millətlər Liqasının qarşılaşması burada olmalıydı. Sadəcə, rəqib Gəncədə beşulduzlu otel tapmadığından, UEFA görüş yerini Bakıya dəyişdirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti