Azərbaycan Premyer Liqasının 9-cu turunda “Kəpəz”in “Şəfa”ya qarşı səfər matçı Gəncə Mall-da yerləşən “CineMastercard” kinoteatrında nümayiş etdiriləcək
Sportinfo.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Oyunu geniş ekran və müasir səs avadanlıqlarına malik zalda izləmək istəyən futbol həvəskarları biletləri 3 manata əldə bilərlər. Biletlərin sayı məhduddur, matçın göstəriləcəyi 1-ci zalda cəmi 100 yer var.
Həmin görüş sabah saat 16:30-da başlayacaq.
“Sarı-göylər”in bundan əvvəlki səfər oyunu – oktyabrın 9-da “Araz-Naxçıvan”la görüşü də “CineMastercard”da nümayiş olunub.
