“Kəpəz”i “Şəfa” ilə oyunda 200 adam dəstəkləyəcək

02:00 Kəpəz 93
“Kəpəz”i “Şəfa” ilə oyunda 200 adam dəstəkləyəcək

Sabah Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində Sumqayıtda “Şəfa”ya qarşı çıxış edəcək “Kəpəz”i 200 azarkeş dəstəkləyəcək.

Sportinfo.az xəbər verir ki, bu oyunla əlaqədar “sarı-göylər”in hər 4 fan-klubu – “Xəmsə”, ” Kapaz Ultras”, “Zona-20” və “Cavad xan”ın üzvləri xüsusi ayrılmış avtobuslarla səfərə gedəcəklər.

Eyni zamanda Bakı və Sumqayıtda yaşayan gəncəli fanatlar da “SOCAR Polymer Arena”ya təşrif buyuracaqlar.

“Şəfa” – “Kəpəz” matçı sabah saat 16:30-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM