“Kəpəz“ ötən ilin sentyabrında sıralarına qatdığı Ezekiel Morqanı yenidən icarəyə verib.
Keçən mövsünü “İmişli”də keçirmiş qanalı legioner qarşıdakı “futbol ili”ndə də I Liqada çıxış edəcək.
Gəncə təmsilçisi yarımmüdafiəçini bu dəfə “Karvan”ın ixtiyarına verib.
23 yaşlı afrikalı ilk ilində 1000 dollar əməkhaqqı alırdı. 2+1 illik anlaşmaya əsasən, Morqanın məvacibi növbəti mövsümdə 2000 dollar təşkil edəcək.
Klublar arasında anlaşmaya görə, əməkhaqqının 1500 dolları “Karvan”, qalan hissəsi isə “Kəpəz” tərəfindən qarşılanacaq.
SPORTİNFO.AZ