İtaliya klubunun müdafiəçisi Premyer Liqa yolunda

3 Avqust 2020 19:02 İtaliya 1 527
İtaliya klubunun müdafiəçisi Premyer Liqa yolunda

"İnter"in müdafiəçisi Milan Şkrinyar yayda klubunu dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, slovakiyalı futbolçu baş məşqçi Antonio Kontenin planlarına daxil deyil.

Məlumata görə, 25 yaşlı oyunçu ilə “Mançester Siti” maraqlanır. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola müdafiəçinin alınmasını tələb edib. Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı vurğulanıb.

Şkrinyar 2017-ci ildə 30 milyon avro qarşılığında "Sampdoriya"dan "İnter”ə keçib. Müdafiəçi cari mövsüm A Seriyasında 27 oyunda iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 18:10 Çək və bizə göndər!
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!
29 Yanvar 07:20 Bakıda tramvay olacaq?
29 Yanvar 05:50 "Neftçi"ni necə udublar?