"Əlimizdən gələnin ən yaxşısını göstərmədik, bəxt bizim tərəfimizdə olmadı"

6 Noyabr 2023 01:30 İspaniya 647
"Əlimizdən gələnin ən yaxşısını göstərmədik, bəxt bizim tərəfimizdə olmadı"

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen İspaniya çempionatının 12-ci turunun “Real Sosyedad”la oyununu (1:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, komandanın əlindən gələnin ən yaxşısını etmədiyini deyib:

“Dominantlıq etdiyimiz anlar oldu, amma çox çətin matç oldu. Əlimizdən gələnin ən yaxşısını göstərmədik, amma təbii ki, üç xala sevinirik.

Bəxt bizim tərəfimizdə olmasa da, qalib gəldik. Bunun ədalətli olub-olmadığını bilmirəm, amma biz çox xoşbəxt ayrılırıq”.

“Barselona” 27 xal toplayaraq La Liqanın turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Real Sosyedad” 6-cı yerdədir (19 xal).

Digər Xəbərlər
Xəbər Lenti