Komandamız Dünya Seriyasının finalına hazırlaşır

04:40 Güləş 84
Komandamız Dünya Seriyasının finalına hazırlaşır

Azərbaycanın çimərlik güləşi üzrə millisi təlim-məşq toplanışına start verib.

Sportinfo.az xəbər verir ki, millinin hazırlıqları Güləş Federasiyasının təlim-məşq bazasında keçir.

Sentyabrın 23-dək davam edəcək hazırlıq prosesində yığmanın baş məşqçisi Oyan Nəzəriani və məşqçi İbrahim Yusubovun rəhbərliyi altında Rübail İbrahimli, Tunar Quliyev, Hüseyn Sevdimov (hamısı 70 kq), Vüsal Əliyev, Sahib Dadaşov, Nihad Süleymanlı (hamısı 80 kq), Əşrəf Aşırov, Elgün Kərimli (hər ikisi 90 kq) və Camal Feyziyev (+90 kq) iştirak edəcək.

Toplanış sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçiriləcək Dünya Seriyasının final mərhələsinə hazırlıq xarakteri daşıyır.

Hazırlıq prosesinə cəlb edilən yeniyetmə güləşçilər isə noyabrda Seneqalın paytaxtı Dakarda təşkil ediləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu