Bədii gimnastika üzrə Avropa çempionu və dəfələrlə Rusiya çempionu Lalə Kramarenko bir daha yarışa bilməyəcəyini ehtimal edib.
Sportinfo.az xəbər verir ki, TASS Kramarenkonun sözlərini sitat gətirib:
“Zədədən sağalmaq nə qədər vaxt aparacaq? Təxmin etməyi xoşlamıram.
Sağalma müddəti qədər vaxt aparacaq. Amma yarışlara davam etməmə ehtimalını da istisna etmirəm. Hər şey səhhətimdən asılı olacaq”.
Sentyabrın 13-də Moskva Şəhər Günündə Kramarenko debüt mahnısı olan “Lenta”nı ifa edib.
“Konsertlərdə çıxışımı davam etdirməyə ümid edirəm. Ümid edirəm ki, bu, bədii gimnastikanın inkişafı üçün yeni bir istiqamət olacaq, çünki konsertlər gimnastikanı bir sənət növü kimi inkişaf etdirir” - Lalə deyib.
21 yaşlı idmançının diz əməliyyatı olmasından 2 il keçib. O, millimizin sabiq qapıçısı Dmitri Kramarenkonun qızıdır.
