Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar.
Sportinfo.az xəbər verir ki, 2-ci turda Azərbaycanın kişilərdən ibarət milli komandası Filippin yığmasına 3:1 hesabı ilə qalib gəlib.
Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı rəqiblərini məğlub edib, Aydın Süleymanlı və Eltac Səfərli isə heç-heçə ediblər.
Qadınlardan ibarət Azərbaycan millisi isə Danimarka üzərində 4:0 hesablı qələbə qazanıb. Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqiblərinə qalib gəliblər.
