“Qarabağ”ın satdığı hücumçu ilk dəfə milliyə dəvət olundu

02:10 Hadisə 64
“Qarabağ”ın satdığı hücumçu ilk dəfə milliyə dəvət olundu

Bu yay "Qarabağ"dan "Seltik"ə keçən Kamilo Duran karyerasında ilk dəfə Kolumbiya millisinə dəvət alıb.

Sportinfo.az “Daily Record”a istinadən xəbər verir ki, bu barədə Şotlandiya klubunun baş məşqçisi Martin O’Nil mətbuat konfransında məlumat verib.

O, Duranın son məşqdə iştirak etməməsinin səbəbini izah edərkən bildirib: "Vizaya görə Londona getməli idi. Kolumbiya milli komandasına çağırılıb və bunu həll edə biləcəyi yeganə vaxt bu səhər idi".

Kolumbiya millisi sentyabr və oktyabr aylarında Meksika, Paraqvay və Peru ilə yoldaşlıq oyunları keçirəcək.

Artıq "Seltik"in aparıcı futbolçularından olan Kamilo Duran Şotlandiya klubundakı ilk 10 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

O, ötən mövsüm “Qarabağ”ın heyətində UEFA Çempionlar Liqasında isə 5 qol vurmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu