“Qarabağ”ın müdafiəçisi təkrar əməliyyata alındı

18 Sentyabr 01:00 Qarabağ 456
“Qarabağ”ın müdafiəçisi təkrar əməliyyata alındı

“Qarabağ”ın və Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə təkrar cərrahi əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Futbolçunun əvvəllər əməliyyat olunan ayağında yenidən narahatlıq meydana gəldiyi üçün həkimlər təkrar cərrahi müdaxiləyə lüzum görüblər.

27 yaşlı müdafiəçinin təxminən 4 həftədən sonra bərpa mərhələsinə başlayacağı gözlənilir.

Bəhlul Mustafazadə cari ilin fevralından zədədən əziyyət çəkir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə