Bir də söyüş söymə!

18 Sentyabr 04:00 Tennis 550
Bir də söyüş söymə!

“Böyük Dəbilqə”nin dördqat çempionu Arina Sobolenko ABŞ Açıq Turnirindən sonra pul cəzası alıb.

Sportinfo.az xəbər verir ki, jurnalist Mixal Samulski “X” sosial media səhifəsində ABŞ Açıq turnirinin cərimələrinin xülasəsini dərc edib.

Sobolenko turnirin finalındakı davranışına görə 7500 dollar cərimələnib. Həlledici qarşılaşmada belaruslu tennisçi Qazaxıstan təmsilçisi Yelena Rıbakinaya 4-6, 7-5, 2-6 hesabları ilə məğlub olub.

Final zamanı Sobolenko topa bir neçə dəfə sərt zərbə endirib. Matçdan sonra o, raketkasını sındırıb və ona yaxınlaşan operatoru ssöyüb.

Yenilənmiş WTA reytinqində bir nömrəli tennisçi statusu Sobolenkodan Rıbakinaya keçib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!