Bakıda keçiriləcək dünya çempionatı üçün 82 ölkə qeydiyyatdan keçdi

18 Sentyabr 04:20 Cüdo 367
Bakıda keçiriləcək dünya çempionatı üçün 82 ölkə qeydiyyatdan keçdi

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün artıq 82 ölkə idmançıları qeydiyyatdan keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bu rəqəmin 90-ı keçəcəyi gözlənilir. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer də Bakıya gələcək.

40-dan çox ölkədən yarış üçün bilet alınıb, 200-dən çox media nümayəndəsi isə akkreditasiyadan keçib.

Cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!