Premyer Liqa klubu 15 yaşlı qapıçı ilə peşəkar müqavilə imzaladı

01:50 Kəpəz 76
Premyer Liqa klubu 15 yaşlı qapıçı ilə peşəkar müqavilə imzaladı

“Kəpəz” akademiyanın yetirməsi, 15 yaşlı Əlisahib Əliyevlə peşəkar müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

O, U-19-un əsas qapıçısı olmaqla yanaşı, Əvəzedicilər Liqası və Misli Premyer Liqasında forma geyinmək hüququ qazanıb.

“Sarı-göylər”in tarixində yeniyetmə istedadla son belə müqavilə 2018-ci ildə olub. Həmin vaxt 15 yaşlı müdafiəçi Ümid Səmədov əsas komandaya cəlb edilib.

Əlisahib Əliyev isə “Kəpəz” tarixində peşəkar anlaşmaya imza atan ən kiçikyaşlı qapıçı ünvanına sahib çıxıb.

Əlisahib bu tarixi ilə bağlı fikirlərini klubun rəsmi saytına bölüşüb:

“Kəpəz”lə peşəkar müqavilə bağladığıma görə çox şadam. Üzərimdə daha çox işləyib, etimadı doğrultmağa çalışacam.

Məqsədim “Kəpəz”in əsas heyətində debüt etmək və milli komandaya dəvət almaqdır. Gələcəkdə Avropanın “Top-5” çempionatlarından birində forma geyinməyi arzulayıram.

Ən çox sevdiyim klub “Real Madrid”dir. Kumirim isə almaniyalı qapıçı Manuel Noyerdir.

Mən də onun kimi ayaqla yaxşı oynayıram, taktiki məşqlərə üstünlük verirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu