Liqada yeni mövsümün ilk oyununa “Sabah” çıxacaq - Tarixi açıqlandı

07:10 Basketbol 91
Liqada yeni mövsümün ilk oyununa “Sabah” çıxacaq - Tarixi açıqlandı

Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027 mövsümünün açılış oyununun tarixi müəyyənləşib.

Sportinfo.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, çemçpionat sentyabrın 30-da start götürəcək.

Yeni mövsümün ilk qarşılaşmasında son Azərbaycan çempionu "Sabah" ötən mövsümün gümüş mükafatçısı "LANDAU Lions"la üz-üzə gələcək.

Qarşılaşma saat 19:30-da Bakı İdman Sarayında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM