İllik 300 min istədi, "Neftçi" transfer iddiasından geri çəkildi

13:00 Neftçi 186
İllik 300 min istədi, "Neftçi" transfer iddiasından geri çəkildi

Belajdi Pusi ilyarımlıq aradan sonra Azərbaycana qayıtmaq fürsətini qaçırıb.

O, "Neftçi" ilə müqavilə şərtlərini razılaşdıra bilməyib.

Paytaxt təmsilçisi albaniyalı hücumçunun xidmətində maraqlı olsa da, qarşı tərəfin daha çox qazanmaq istəyi planı korlayıb.

"Ağ-qaralar" bu transfer üçün həm 28 yaşlı forvard, həm də onun müqavilə ilə məxsus olduğu "Fakel" ilə əlaqə saxlayıb.

Ruslar 2025-ci ilin fevralında "Şamaxı"dan 135 min dollar qarşılığında sıralarına qatdığı Pusini satmağa razıdır. Di gəl, o, illik 300 min dollar əməkhaqqı tələb etməklə, "Neftçi"ni geri çəkilmək məcburiyyətində buraxıb.

Yuri Vernidubun çalışdırdığı komanda bunadək 10 transfer əməliyyatını reallaşdırıb.

Rüfət Abbasov ("Şamaxı"), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara" İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan), Fredi Varqas ("Makkabi" Netanya), Alen Şkribek (ZTE, Macarıstan), Draqolyub Saviç (TSC, Serbiya), Denzel Jubitana ("Atromitos", Yunanıstan), Viçko Şevel ("Dandi Yunayted", Şotlandiya) və Adeleke Akinyemi ("Qnistan", Finlandiya) müqavilə imzalanıb.

Pusi ölkəmizdə iki klubun formasını geyinib. 2022-ci ilin yayında "Turan Tovuz"la müqavilə bağlayan ön xətt oyunçusu 2 il sonra "Şamaxı"nın yolunu tutub.

Alban Tovuz klubunda keçirdiyi ilk mövsümdə 2500 dollar maaş alıb. Növbəti sezonda bu məbləğ iki dəfə artırılıb. "Şirlər" də ona 5000 dollar məvacib verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti