Millimizin önünə 16 yaşlı hücumçunu çıxaracaqlar - SİFARİŞ olunanlar

13:40 Milli komanda 99
Millimizin önünə 16 yaşlı hücumçunu çıxaracaqlar - SİFARİŞ olunanlar

Avropa çempionatının seçmə mərhələsində son oyunlarını Azərbaycan və Bolqarıstana qarşı keçirəcək Şotlandiyanın U-21 millisinin heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, britaniyalıların yeni baş məşqçisi Toni Doçerti rəsmi matçlara 27 futbolçu çağırıb.

Onların arasında ölkəsində “Alloa Atletik” klubunda çıxış edən 16 yaşlı Kayl Qlazqo da yer alır.

Qapıçılar: Ruarid Adams (“Airdrieonians”), Rori Mahadi (“Lids”, İngiltərə), Liam MakFarleyn (“Partik Tistl”);

Müdafiəçilər: Konnor Allan (“Falkirk”), Daniel Armer (“Mançester Yunayted”, İngiltərə), Ceremaya Çiloka-Mullen (“Uiqan”, İngiltərə), Sem Kliall-Hardinq, Dilan Lobban (hər ikisi “Danfermlayn”), Coş Fini (“Peterboro Yunayted”, İngiltərə), Henri Fildson, Lui Cekson (hər ikisi “Sent-Mirren”), Mitçel Freym (“Aberdin”), Ben Makferson (“Partik Tistl”), Teylor Stiven (“Sent-Conston”);

Yarımmüdafiəçilər: Aydan Borland (“Akkrinqton”, İngiltərə), Rayan Kerr (“Sent-Mirren”), Tayler Fletçer (“Mançester Yunayted”, İngiltərə), Daniel Kelli (“Milluoll”, İngiltərə), Kristi Montqomeri (“Blekbern”, İngiltərə), Endryu Tod (“Danfermlayn”);

Hücumçular: Sem Çembers (“Northempton”, İngiltərə), Kayl Qlazqo (“Alloa Atletik”), Emilio Lourens (“Lyuton”, İngiltərə), Dire Mebude (“Çaykur Rizəspor”, Türkiyə), Barni Styuart (“Vest Bromviç”, İngiltərə), Bobbi Uels (“Dandi”), Rori Uilson (“Aston Villa”, İngiltərə).

Sentyabrın 30-da Kilmarnokda Azərbaycanın U-21 millisini qəbul edəcək şotlandlar oktyabrın 6-da Pazardjikdə Bolqarıstanın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti