Gözlərini “Qarabağ”lıya dikdilər: “Son iki ildə belə oyunçular çatışmır”

18 Sentyabr 13:20 Qarabağ 882
Gözlərini “Qarabağ”lıya dikdilər: “Son iki ildə belə oyunçular çatışmır”

Monteneqro mətbuatı Millətlər Liqasının qarşıdan gələn oyunları üçün millini gücləndirə biləcək yarımmüdafiəçilərlə bağlı araşdırma aparıb. Burada “Qarabağ”ın legioneri Marko Yankoviçdən də bəhs edilib.

Sportinfo.az xəbər verir ki, “Vijesti.me” portalı Ağdam klubunun üzvü barədə bunları yazıb:

"Vuçiniçin yarımmüdafiədə iki vunderkindi var və hər ikisi Fransa və İtaliyada böyük uğurlar qazanır. Monteneqroda son iki ildə xroniki olaraq belə oyunçular çatışmır.

Bunlar Andriya Bulatoviç və Vasili Adjiçdir. Son bir neçə gündə onlar haqqında çox şey yazılıb və onlar Monteneqro millisinin gələcəyi ola bilər - baxmayaraq ki, hər ikisi hələ çox gəncdir.

Lakin Marko Yankoviç var. O, daha təcrübəlidir.

Marko mövsümə "Qarabağ"ın "Sabah"a uduzduğu Azərbaycan çempionluğunu geri qaytarmaq üçün lazım olan enerji ilə başlayıb".

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə