Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası sentyabrın sonunda təlim-məşq toplanışı məqsədi ilə bir araya gələcək.
Sportinfo.az xəbər verir ki, əvvəlcə Qəbələdə hazırlıq keçəcəyi dəqiqləşən U-19-un ölkə xaricinə yollanması planlaşdırılsa da, yığma Sloveniyaya getməyəcək.
Belə ki, Elgiz Kərəmlinin baş məşqçisi olduğu kollektivin üzvlərinə viza almaq mümkün olmadığı üçün hazırlığın Sloveniya hissəsi təxirə salınıb.
