Rusiyalı Azərbaycan millisinə baş məşqçi təyin edildi

01:20 Digər növlər 81
Rusiyalı Azərbaycan millisinə baş məşqçi təyin edildi

1980-ci il Yay Olimpiya Oyunlarının mükafatçısı, Rusiya milli komandasının sabiq məşqçisi Sergey Jelanov bundan sonra atletika üzrə Azərbaycan millisinin məşqçilər heyətində fəaliyyət göstərəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Təcrübəli mütəxəssis yığmanın hazırlıq prosesinə qoşulacaq. Jelanov atletlərin məşq proqramlarının təkmilləşdirilməsi və qarşıdakı yarışlara hazırlıq prosesində iştirak edəcək.

Sergey Jelanov uzun illər atletika sahəsində məşqçi kimi fəaliyyət göstərib və Rusiya milli komandasının məşqçilər heyətində çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu