Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Avstriya toplanışında dava edən Anton Krivotsyuk və Abdulla Xaybullayevə dəvət göndərib.
Hər iki futbolçu çağırılan heyətdə olacaq.
Adıçəkilən oyunçular iyunun 5-də Maltaya qarşı keçirilən yoldaşlıq görüşündə dava etmişdi (0:2).
Nəticədə Ayxan Abbasov onların hər ikisini heyətdən kənarlaşdırmışdı.
Baş məşqçi bununla kifayətlənməyib, daha sonra onları düşərgədən uzaqlaşdırıb. Cütlüyü San Mariino ilə növbəti oyuna saxlamayan çalışdırıcı Antonla Abdullaya bilet aldıraraq, Azərbaycana qaytarıb.
Təbii ki, Abbasov doğru yanaşma sərgiləyib. Yenə yaxşı ki, mübahisənin iştirakçıları etdiyi səhvi başa düşüblər.
Komandanın sükançısından üzr istəyiblər və bir daha belə hərəkətə yol verməyəcəklərini bildiriblər.
SPORTİNFO.AZ
