Türkiyə millisinin oyunçusu İngiltərə klubunda - 6 milyon təzminat ödəyəcək

30 Yanvar 2024 10:20 İngiltərə 1 748
Türkiyə millisinin oyunçusu İngiltərə klubunda - 6 milyon təzminat ödəyəcək

"Trabzonspor"un futbolçusu Abdulkadir Ömür karyerasını İngiltərədə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüafiəçi "Hall Siti"yə keçəcək.

Artıq tərəflər arasında razılıq əldə olunub. "Hall Siti" Türkiyə klubuna 6 milyon avro təzminat ödəyəcək.

Abdulkadir Ömür "Trabzonspor"un yetirməsidir. Türkiyə millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 211 rəsmi matçda 25 qol və 36 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda