
“Yuventus”un və İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffon Antonio Kontenin “Napoli”nin baş məşqçisi olmaq perspektivini dəyərləndirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, belə deyib:
“Məncə, bu, vaxtı çatan ideal birlikdir. Konte “Napoli”də özünə lazım olan emosiyaları tapacaq və o, hazırkı vəziyyətdə klubun ehtiyac duyduğu əsl lider olacaq”.
Kontenin son iş yeri “Tottenhem” olub.