Futzal üzrə DÇ-2028-in əsas mərhələsində Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb.
Sportinfo.az xəbər verir ki, yığmanın baş məşqçi Massimiliano Bellarten 15 futzalçıya dəvət göndərib.
O, qarşıdakı oyunla bağlı Latviya Futbol Federasiyasının mətbuat xidmətinə açıqlama da verib:
"Azərbaycan millisi təcürbəli və güclü komandalardan biridir. Onların püşk zamanı ikinci səbətdə qərarlaşmaları təsadüfi deyil.
Bu qarşılaşma bizim böyüməyimiz və uğur qazanmağımız üçün bir fürsətdir. Artıq yüksək səviyyəli yarışlara, seçmə oyunların təzyiqinə uyğunlaşmalıyıq.
İki il yarım əvvəl bir yola çıxdıq və qarşımıza məqsəd qoyduq ki, Latviyada futzalın səviyyəsini qaldıraq, yerli futzalçıları inkişaf etdirək, rəqabət aparacaq gücə malik milli komanda formalaşdıraq. Bu istiqamətdə işimizi davam etdiririk".
Azərbaycan – Latviya oyunu noyabrın 8-də, saat 20:00-da Bakı İdman Sarayında start götürəcək.
