PSJ və “Arsenal”ın “radar”ındadır - 19 yaşlı qanalı

18:20 DÇ-2018 40
PSJ və “Arsenal”ın “radar”ındadır - 19 yaşlı qanalı

Danimarkanın “Norşelland” komandasının yarımmüdafiəçisi Prins Amoako Junior Avropanın iki klubunun diqqətini çəkib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ və “Arsenal”ın skautları 19 yaşlı qanalı futbolçunun çıxışını yaxından izləyirlər.

Oyunçunun texniki bacarıqları və fiziki göstəriciləri xüsusilə, PSJ-nin marağına səbəb olub. Lakin Paris klubu onun transferi ilə bağlı hələlik rəsmi addım atmayıb.

Prins Amoako Junior 2025-ci ilin fevralından “Norşelland”da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir.

Xəbər Lenti