Bakıda “Neftçi”yə məğlubiyyət, tribunada qələbə - Maraq doğuran VİDEO

17:00 Kəpəz 112
Bakıda “Neftçi”yə məğlubiyyət, tribunada qələbə - Maraq doğuran VİDEO

“Kəpəz”in 7 oyunluq məğlubiyyətsizlik seriyası Bakıda qırıldı.

Sonuncu dəfə sentyabrın 4-də, çempionatın 4-cü turu çərçivəsində Gəncədə keçirilən görüşdə “Şamaxı”ya 1:4 hesabı ilə uduzan Gəncə təmsilçisi o vaxtdan bəri nə çempionatda, nə də ölkə kubokunda məğlubiyyət acısı yaşamışdı.

Premyer Liqada 6, kubokda isə 1 matçlıq uğurlu seriyaya imza atan “sarı-göylər”i “Neftçi” 1:0 hesablı qələbə ilə dayandırdı.

Qarşılaşmaya rəng qatan görüntülərdən biri də “Kəpəz”in azarkeş dəstəyi idi.

Tribunalarda 200-dən artıq gəncəli fanata rast gəlmək mümkün idi. “Xəmsə”, “Kəpəz Ultras”, “Cavad xan” və “Zona 20” azarkeş qruplarının üzvləri

90 dəqiqə boyunca komandalarını qələbəyə səsləsələr də, yekunda 3 xal arzusuna çata bilmədilər.

Bununla belə, azarkeşlər məğlub komandalarını tribunanın qarşısına çağıraraq onlara layiqli dəstək verdilər. Futbolçuları alqışlarla paltardəyişmə otağına yola saldılar.

Futbol məhz belə məqamları ilə gözəldir.

“Kəpəz” güclü və çempionluğa iddialı “Neftçi”yə uduzsa da, rəqib meydanında həqiqətən başabaş mübarizə apardı.

Elə buna görə də meydanı məğlub yox, qalib komandanın üzvləri kimi tərk etdilər.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti