“Gözəl oyun oldu, istədiyimizi əldə etdik, komanda yaxşı çalışdı”.
Sportinfo.az xəbər verir ki, bunu Misli Premyer Liqasının XI turunda baş tutan "Neftçi" - "Kəpəz" (1:0) matçından sonra paytaxt klubunun baş icraçı direktoru Cenk Sümer deyib.
Klub rəsmisi ilk dövrəni lider kimi başa vurmaları barədə fikirlərini bölüşüb:
“Baş məşqçimizdən, heyətdən və futbolçulardan razıyıq. Hamısı verilən tapşırıqları sonadək icra etdi və "Neftçi"yə yaraşan futbol nümayiş etdirdi.
Rəqibimizi də təbrik edirəm. "Kəpəz" rəhbərliyi və azarkeşləri ilə çempionata rəng qatır.
Meydanda yüksək səviyyəli mübarizə getdi. Hədəf daha yaxşı nəticələr əldə etmək, bunu davam etdirmək və sabitliyi qorumaqdır.
"Neftçi" bu xarakteri nümayiş etdirəcək potensiala malikdir. Əlbəttə, ard-arda qalib gəlmək asan iş deyil.
Liqa çox çətindir, rəqiblərimiz güclüdür və artıq zəif komanda yoxdur. Əsas məsələ bizim bu mübarizənin içində məğlubiyyətsiz davam etməyimizdir”.
