Ötən gün Tovuzda baş tutan toy mərasimlərinin birində maraqlı anlar yaşanıb.
Sportinfo.az xəbər verir ki, toyda qonaqlar şənliklə yanaşı Misli Premyer Liqasının 11-ci turunda keçirilən “Qarabağ” - “Turan Tovuz” matçını da izləyiblər.
Belə ki, şadlıq sarayının monitorlarının ikisində həmin qarşılaşma nümayiş etdirilib. Bu da həmin bölgədə futbola marağın nə qədər böyük olduğunu göstərir.
“Turan Tovuz” “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.
