Premyer Liqadan qovulan baş məşqçi İtaliyada işləyəcək?

12 Noyabr 2024 22:00 İtaliya 1 026
Premyer Liqadan qovulan baş məşqçi İtaliyada işləyəcək?

“Roma”nın sahibləri Den və Rayan Fridkin yeni baş məşqçinin təyinatını müzakirə etmək üçün bazar ertəsi Londonda olublar.

Sportinfo.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.

Daha əvvəl klub İvan Yuriçi istefaya göndərib. Onun potensial “varislər”i arasında “Mançester Yunayted”in keçmiş baş məşqçisi Erik ten Haq və “Çelsi” ilə “Brayton”un sabiq çalışdırıcısı Qrem Potter var.

“Gazzetta dello Sport” iddia edir ki, Ten Haqın təyinatı çətin ki, baş tutsun. Çünki niderlandlı mütəxəssisə çoxlu pul ödənməli olacaq.

Massimiliano Alleqri, Roberto Mançini, Klaudio Ranyeri və hətta Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella da potensial namizədlərdir. Lakin klub tərəfindən onlarla əlaqə saxlanılmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 18:10 Çək və bizə göndər!
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!
29 Yanvar 07:20 Bakıda tramvay olacaq?
29 Yanvar 05:50 "Neftçi"ni necə udublar?