Yunanıstanlı hücumameyilli yarımmüdafiəçini icarəyə götürdü

23 Avqust 2024 10:20 İtaliya 820
Yunanıstanlı hücumameyilli yarımmüdafiəçini icarəyə götürdü

"Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “Cenoa”dan hücumameyilli yarımmüdafiəçi Xristos Papadopulos icarəyə götürülüb.

19 yaşlı yunan oyunçu mövsümün sonunadək “Yuventus”da olacaq. O, əsasən gənclərdən ibarət komandada çıxış edəcək.

Papadopulos ötən mövsüm gənclər arasında İtaliya çempionatında 25 matçda 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!