"Menecerimə demişəm ki, konkret təklif olmasa, məni narahat etmə"

29 Sentyabr 2022 00:00 İtaliya 571
"Menecerimə demişəm ki, konkret təklif olmasa, məni narahat etmə"

"Yuventus" və Polşa millisinin hücumçusu Arkadiuş Milik "Marsel"dən ayrılması barədə danışıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli forvard Fransa klubundan ayrılaraq "Yuventus"a keçməsini bu cür şərh edib:

"Transfer məsələlərində həmişə rahatam. Bu məsələlərlə agentlərim məşğul olur.

Mən yalnız futbol oynamağa diqqət edirəm, bu, mənim üçün ən vacib məsələdi. Agentimə bildirmişdim ki, konkret təklif olmasa, məni narahat etməsin.

"Yuventus"a keçmək qərarı ani verildi. Bu cür tarixi klubda oynamaq uşaqlıq arzum idim. Lap uşaqlıqdan yaxşı komandada oynamaq istəmişəm. Əlimə belə fürsət düşdü və istifadə etdim".

28 yaşlı futbolçu “Marsel”dən “Yuventus”a icarəyə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 16:30 Çək və bizə göndər!
4 Noyabr 03:30 Ağayev görüşə getdi
4 Noyabr 03:00 Sevgilisindən ayrıldı