Vəzifəsində qalacaq – Məşhur klubdan son qərar

21 Sentyabr 2022 00:00 İtaliya 380
Vəzifəsində qalacaq – Məşhur klubdan son qərar

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri mövsümə pis başlasa da, vəzifəsində qalacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb.

Bildirilib ki, mütəxəssisin istefaya göndərilməsi təklifini klubun vitse-prezidenti Pavel Nedved irəli sürsə də, Turin təmsilçisinin prezidenti Andrea Anyelli onu rədd edib.

Anyelli dünən Alleqri ilə danışıb. Prezident "Yuventus"un vahid komanda olaraq qalacağına və irəliləmək üçün işləməyə davam edəcəyinə əmin olmaq istəyib.

"Yuventus" ölkə çempionatında 10 xalla 8-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti