Yaxın günlərdə yeni müqavilə olacaq

19 Sentyabr 2021 22:00 İtaliya 846
Yaxın günlərdə yeni müqavilə olacaq

“İnter” yaxın günlərdə müdafiəçisi Milan Şkrinyarla yeni müqavilənin şərtlərini müzakirə edəcək.

Sportinfo.az xəbər verir ki, “nerazzura” slovakiyalı müdafiəçini buraxmaq istəmir.

Buna görə də onunla yeni müqavilə imzalamaq üçün razı salmaq istəyir. 26 yaşlı müdafiəçinin “İnter”lə müqaviləsi 2023-cü ildə başa çatacaq.

​Transfer qiyməti 60 milyon avro olan futbolçunu “Tottenhem” istəyir. A seriyasında bu mövsüm 4 oyun keçirmiş futbolçu 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti