"Real" Ramosa 1 illik müqavilə təklif edir, o isə...

26 Oktyabr 2020 17:24 İspaniya 533
"Real" Ramosa 1 illik müqavilə təklif edir, o isə...

"Real" kapitanı Serxio Ramosla müqavilənin müddətini uzatmağa hazırdır.

Sporinfo.az xəbər verir ki, Madrid təmsilçisi 34 yaşlı futbolçuya 1 illik müqavilə təklif edib.

"Kral klubu" təcrübəli müdafiəçi ilə əməkdaşlığı 2022-ci ilin yayına qədər davam etdirmək niyyətindədir.

Tərəflər ilin sonuna yaxın yeni sözləşmə imzalaya bilər. Lakin Ramosun yay transfer dönəmində komandadan ayrılmaq ehtimalı da mümkündür.

Serxio Ramosun "Real Madrid"lə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. O, Madrid klubu ilə 22 kubok qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti