Pulunuz batmayacaq - Klubdan azarkeşlərinə jest

27 May 00:14 İspaniya 123
Pulunuz batmayacaq - Klubdan azarkeşlərinə jest

“Leqanes” koronavirus pandemiyasına görə yaranmış vəziyyətlə əlaqədarə azarkeşlərinə jest edib.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisi mövsümlük abunə kartına malik tərəfdarlarına gələn mövsüm üçün ev oyunlarına girişi pulsuz edəcəyini açıqlayıb.

Mart ayında koronavirus pandemiyasına görə dayandırılan İspaniya La Liqasının 2019/20 mövsümünün iyundan bərpası gözlənilir. Lakin çempionat bərpa olunsa belə, oyunlara azarkeşlər buraxılmayacaq.

Bu isə xüsusilə mövsümlük abunə kartı olan azarkeşlərin maddi baxımdan itki ilə üzləşməsi anlamına gəlir. Məhz bu üzdən “Leqanes” rəhbərliyi bu azarkeşlərin abunə kartlarının növbəti mövsüm üçün də keçərli olacağını bəyan edib.

“Leqanes” La Liqada 27 turdan sonra 23 xalla 19-cu pillədə qərarlaşıb.

Xəbər Lenti