COP29

Azərbaycanlı məşqçi "Barselona"ya getdi - FOTOLAR

24 Aprel 10:40 İspaniya 771
Azərbaycanlı məşqçi "Barselona"ya getdi - FOTOLAR

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov İspaniyada təcrübədədir.

Sportinfo.az xəbər verir ki, bir neçə gün öncə Madridə yollanan Samir Abasov əvvəlcə burada "Real Madrid" və "Barselona" arasındakı "El-Klasiko"nu izləyib.

Növbəti gün Barselonaya yola düşən baş məşqçi burada bir həftəlik təcrübə keçəcək.

"Barselona"nın məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Hernandez və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.

Təcrübə proqramının sonunda onun "Barselona"nın baş məşqçisi Xavi Hernandezlə də görüşü nəzərdə tutulub.

Bu səfərdə Samir Abasovu klubun fiziki hazırlıq üzrə məşqçisi Gerard Martinez müşayiət edir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"