“Barsa”nın baş məşqçisi misirli hücumçudan razıdır?

18:40 İspaniya 106
“Barsa”nın baş məşqçisi misirli hücumçudan razıdır?

“Barselona”da 18 yaşlı hücumçu Hamza Abdelkərimin çıxışı yüksək qiymətləndirilir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.

Komandanın baş məşqçisi Hans-Diter Flik misirli futbolçunun bu mövsüm az oynamağına baxmayaraq, onun işə münasibətindən və məşqlərdəki çıxışından razıdır.

Abdelkərim də komandadakı rolunu qəbul edib və ehtiyac yaranacağı təqdirdə, ikinci komandaya kömək etməyə hazırdır. Hücumçu bu mövsüm İspaniya çempionatında cəmi iki matçda meydana çıxıb və ümumilikdə 12 dəqiqə oynayıb.

Abdelkərimin “Barselona” ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

Onun komandası Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti