Top-klubların hədəfinə çevrildi - “Sabah”ın rəqibinin müdafiəçisi

22:00 İspaniya 98
Top-klubların hədəfinə çevrildi - “Sabah”ın rəqibinin müdafiəçisi

“Sabah”ın Çempionlar Liqasında rəqibi olan “Barselona”nın müdafiəçisi Xavi Espart Avropanın bir sıra top-klublarının maraq dairəsinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal”, “Çelsi”, “Bayern”, PSJ və “Liverpul” ispaniyalı futbolçunun “Barselona” ilə yeni müqavilə imzalamasından əvvəl onun nümayəndələri ilə mümkün transferi müzakirə ediblər.

19 yaşlı müdafiəçinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2030-cu il iyunun sonuna qədərdir.

“Transfermarkt” portalı onun bazar dəyərini 25 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti