İspaniya millisinin üzvünə göz dikib - “Sabah”ın məşhur rəqibi

18:20 İspaniya 130
İspaniya millisinin üzvünə göz dikib - “Sabah”ın məşhur rəqibi

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi “Arsenal”da rotasiya oyunçusu statusunda olan İspaniya millisinin yarımmüdafiəçisi Martin Subimendi ölkəsinə qayıda bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

27 yaşlı futbolçu ilə La Liqanın iki top-klubu – “Barselona” və “Real” maraqlanır.

Subimendi “Barselona”da niderlandlı futbolçu Frenki de Yonqun mümkün əvəzləyicisi kimi nəzərdən keçirilir. Bununla belə, ispaniyalı yarımmüdafiəçinin “Real”a keçmək və əsas heyətdə yer almaq şanslarının daha yüksək olduğu bildirilir.

27 yaşlı futbolçunun “Arsenal”la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. “Transfermarkt” portalı onun hazırkı bazar dəyərini 65 milyon avro qiymətləndirir.

Subimendinin xidmətində maraqlı olan “Barselona” Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti