COP29

Tanınmış baş məşqçi klub prezidentinə xəyanət edir?

18 May 12:00 İspaniya 1 246
Tanınmış baş məşqçi klub prezidentinə xəyanət edir?

“Barselona”nın prezidenti Xuan Laporta baş məşqçi Xavi tərəfindən xəyanət edildiyini hiss edir.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, kataloniyalıların baş məşqçisi “Almeriya” ilə oyundan əvvəl (2:9) keçirilən mətbuat konfransında gələcəklə bağlı bədbinliklə danışıb.

Xavi “Barselona”nın maliyyə vəziyyətindən danışaraq, komandanın növbəti mövsümdə rəqabət aparmasının çətin olacağını, klubun pis iqtisadi vəziyyətdə olduğunu qeyd edib.

Xavinin çevrəsi onun sözlərinin səhv başa düşüldüyünü iddia edir.

Daha əvvəl “Barselona” rəhbərliyinin mövsümün sonunda Xavini qovmaq qərarına gəldiyi haqda xəbərlər yayılmışdı.

İspaniyalı mütəxəssis 2021-ci ilin noyabrından “Barsa”ya rəhbərlik edir. Komanda bu mövsüm İspaniya çempionatının turnir cədvəlində 36 oyundan 79 xalla ikinci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!