“Barselona” əməkdaşlığı dayandırır - Tanınmış marka ilə

1 Mart 2024 18:40 İspaniya 570
“Barselona” əməkdaşlığı dayandırır - Tanınmış marka ilə

“Barselona” bu mövsümün sonunda “Nike” idman markası ilə əməkdaşlığı dayandıra və öz brendi altında formalar hazırlamağa başlaya bilər.

Sportinfo.az xəbər verir ki, yekun qərarın mart ayında veriləcəyi gözlənilir. Baxmayaraq ki, kluba yaxın mənbələr bu qərarın gələn həftənin əvvəlində verilə biləcəyini deyir.

“Barselona” öz brendini artıq klubun bütün qeyri-idman geyimlərini istehsal edən BLM şirkəti vasitəsilə yaratmağı planlaşdırır. Kataloniyalılar əmindirlər ki, öz brendləri “Nike” ilə əməkdaşlıqdan daha çox gəlir gətirəcək.

“Barselona” hazırda 57 xalla İspaniya çempionatının turnir cədvəlində 3-cü yerdədir. Komanda lider “Real”dan 8 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”