“O, az oynasa, karyerasını davam etdirmək üçün başqa variantları nəzərdən keçirəcəyik”

15 Mart 2023 01:40 İspaniya 234
“O, az oynasa, karyerasını davam etdirmək üçün başqa variantları nəzərdən keçirəcəyik”

“Atletiko”nun yarımmüdafiəçisi Aksel Vitsel paytaxt təmsilçisindəki durumundan razı deyil.

Sportinfo.az xəbər verir ki, futbolçunun atası bu barədə aşağıdakı sözləri deyib:

“Vitsel meydana çox çıxmasa, karyerasını davam etdirmək üçün başqa variantları nəzərdən keçirəcəyik”.

Belçikalı futbolçu kifayət qədər oyun şansı qazana bilmədiyi üçün “hindular”ın çalışdırıcısı Dieqo Simeone ilə şəxsən görüşmək və gələcək taleyini müzakirə etmək istədiyini bildirib.

Vitsel cari mövsümdə İspaniya çempionatında “Atletiko”nun heyətində 20 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti