“Barselona”dan ayrılmaq istəməməsinin səbəbləri - SEVGİLİSİ İSTƏMİR

13 Avqust 2022 01:40 İspaniya 507
“Barselona”dan ayrılmaq istəməməsinin səbəbləri - SEVGİLİSİ İSTƏMİR

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun Kataloniya klubunu tərk etmək istəməməsinin daha bir neçə səbəbi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı niderlandlı “Barselona”nı tərk etmək istəmir, çünki bu, onun uşaqlıqdan oynamaq arzusunda olduğu klubdur.

Eyni zamanda, futbolçunun sevgilisi də şəhəri tərk etmək istəmir.

Niderlandlı futbolçunun xidmətində “Mançester Yunayted” və “Çelsi” maraqlıdır.

De Yonq ötən mövsüm kataloniyalıların heyətində 46 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”