"Mən buna öyrəşdiyim üçün belə bir komanda axtarırdım"

4 Avqust 2022 12:20 İspaniya 717
"Mən buna öyrəşdiyim üçün belə bir komanda axtarırdım"

Müdafiəçi Oskar Minqesa “Barselona”dan “Selta”ya keçidini şərh edib.

Sportinfo.az xəbər verir ki, futbolçu, yeni komandasının oyun tərzini xoşladığını bildirib:

“Selta”nın oyunu idarə etmək və topa sahib olmaq istəyən hücumameyilli komanda olması xoşuma gəlir. Mən buna öyrəşdiyim üçün belə bir komanda axtarırdım.

Bütün həyatım boyu belə oynamışam, “Barselona”da bizə bunu öyrətmişdilər. “Selta”ya uyğunlaşa bilirəm. Bu həm mənim, həm də klub üçün yaxşı olacaq”.

Avqust ayında ispaniyalı futbolçu Viqo klubu ilə 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

23 yaşlı Minqesa bütün karyerası boyunca “Barselona”da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?