"Barselona" ulduzunu Premyer Liqa klubuna satdı

13 May 2022 00:00 İspaniya 444
"Barselona" ulduzunu Premyer Liqa klubuna satdı

Barselona" Filippe Koutinyonu "Aston Villa"ya birdəfəlik satıb.

Sportinfo.az xəbər verir ki, məlumatı Kataloniya təmsilçisinin rəsmi saytı yayıb.

Premyer Liqa klubu bu keçidə görə "Barselona"ya 20 milyon avro ödəyəcək. Bundan başqa İspaniya klubu 29 yaşlı futbolçunun növbəti satışından 50 faiz gəlir əldə etmək hüququna sahibdir.

"Barselona" Koutinyonu qış transfer pəncərəsi zamanı "Aston Villa"ya icarəyə vermişdi.

Braziliyalı yarımmüdafiəçi Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 16 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti