“Real”ın ulduzu vaksin vurdu, vəziyyəti pisləşdi, məşqi yarıda qoydu

23 İyul 2021 10:00 İspaniya 653
“Real”ın ulduzu vaksin vurdu, vəziyyəti pisləşdi, məşqi yarıda qoydu

“Real”ın futbolçusu İsko komandanın son məşqini yarımçıq tərk edib.

Sportinffo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin hərarəti qalxıb və məşqi yarıda qoyub. Bu barədə “Marca” nəşri məlumat yayıb.

İsko və “Real”ın bir neçə futbolçusu bazar günü koronavirusa qarşı vaksinasiya olunub. Yarımmüdafiəçinin bu səbəbdən halının pisləşdiyi ehtimal olunur.

İsko bir neçə gün əvvəl koronavirus testi verib və nəticəsi neqativ olub.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!