COP29

İlkin Fikrətoğlu sual verdi - Sadıq Sadıqov, yoxsa..?

16 May 15:00 İspaniya 1 082
İlkin Fikrətoğlu sual verdi - Sadıq Sadıqov, yoxsa..?

Bu gün I Liqada mövsümün oyunu keçiriləcək.

«Qaradağ Lökbatan» - «Şamaxı» qarşılaşmasında yeni mövsümdə Premyer Liqada çıxış edəcək komandanın adına aydınlıq gələcək.

Sona 2 tur qalmış «Qaradağ Lökbatan» 25 oyundan 53 xalla liqanın lideridir. Ən yaxın izləyicisi «Şamaxı» onlardan cəmi 2 xal geri qalır.

Əsgər Abduılayeivn baş məşqçisi olduğu «İmişli» üçüncü yerdə qərarlaşıb və 1-ci yerdən 6 xal geri qaldığından, Premyer Liqaya yüksəlmək şansını itirib.

Deməli, Premyer Liqaya vəsiqənin taleyi Lökbatandakı matçda həll olunacaq. Bu komandalar cari mövsümdə iki dəfə qarşılaşıb və hər 2 oyunda heç heçə qedə alınıb - ötən sentyabrda Lökbatandakı matçda 1:1, 2 ay əvvə Şamaxıdakı görüşdə 2:2.

Bu dəfə heç-heçə «Qaradağ Lökbatan»a sərf edir. «Şamaxı»ya isə yalnız və yalnız qələbə lazımdır. Düzdür, «Şamaxı» qalib gəlsə belə, son turun nəticəsini gözləmək lazım gələcək.

Son turda çempionatın autsayderu «Araz Saatlı» Şamaxının meydanında xal qazanarsa və «Qaradağ Lökbatan» Mingəçevir səfərində qələbə əldə edərsə, o halda lökbatanlılar Premyer Liqaya yüksələcək.

Amma bu təxminən möcüzə kimi bir ehtimaldır və reallaşma faizi demək olar sıfıra bərabərdir. Mövcud reallığı, son turdakı rəqiblərin gücünü nəzərə alaraq, Premyer Liqaya yeganə vəsiqənin taleyinin mıhz bugünkü matçda hıll oluncaq.

39 yaşlı Azər Həşimovun çalışdırdığı «Qaradağ Lökbatan» bu mövsüm I Liqada ən az qol buraxan komandadır - 25 oyuna 16 top.

Heyətində ikisi Nigeriya, qalanları Kamerun, Fil Dişi Sahili və Rusiyadan olmaqla, 5 legioner var. Ən təcrübəli oyunçusu Zaqatala futbolunun yetirməsi olan 30 yaşlı Sərxan Abdullayevdir.

Premyer Liqada az da olsa, oynamış futbolçu isə Murad Qayalıdır. Amma Azər Həşimov bu heyətlə belə təcrübəli baş məşqçilər – Əsgər Abduılayev və Ramiz Məmmədovun komandalarını qabaqlaya bilib.

Bu qarşılaşma isə gənc mütəxəssisin karyerasında bəlkə də ən vacib oyunduir.

Azərbaycan futbolunda «Qaradağ Lökbatan» adıyla bağlı ən məşhir şəxs isə Sadıq Sadıqovdur. «Qaradağ Lökbatan» hələ ki, «Neftçi» İdman Klubunun nəzdindədir.

Sadıq Sadıqov isə "Neftçi" İdman Klubunun İdarəetmə Aparatının rəhbəri postuun tutur.

Premyer Liqaya vəsiqə qazanacağı halda, bu, həm də «Neftçi» Futbol Klubunun tarixində ən uğurlu prezidentlərdən olmuş Sadıq Sadıqovun yenidən Azərbaycanın futbol elitasına qayıtması olacaq. Əgər Sadıq Sadıqov özü bunu istəsə.

1 il öncə Premyer Liqan tərk etmiş «Şamaxı» elə bir mövsüm sonra elitaya dönməyə çox yaxındır. Komandanın əsas üstünlüyü Ramiz Məmmədovdur.

Təcrübəli mütəxəssis ötən ilin 27 noyabrında Vüqar Əsgərlini baş məşqçi postunda əvəzləyəndə, komanda 10 iştirakçı arasında 5-ci yerdə idi.

«Bir məqsədimiz var, o da Premyer Liqaya yüksəlmək» deyən 56 yaşlı mütəxəssis indi o məqsədin bir addımlığndadır.

Bu oyunda qazanılacaq qələbə onu və komandasını məqsədinə çatdıracaq. «Şamaxı»nın heyətndə legioner yoxdur.

Ən təcrübəli oyunçuları «Qəbələ»nin yetirməsi Roman Hüseynov yanvarda «Mingəçevr»dən transfer olunub. Ondan başqa, Premyer Liqanın ab-havasını hiss etmiş yeganə futbolçu Arsen Ağcabəyovdur.

25 turda 54 qol vuran «Şamaxı» I Liqanın ən məhsuldar komandasıdır. Görək, bu gün ən məhsuldar hücumla ən möhkəm müdafiənin qarşılamasında hansı tərəf üstün olacaq.

Oyun mühüm əhəmiyyət daşıdığından, ilk dəfə I Liqa matçında VAR sistemindın istfadə olunacaq. Saat 17-də başlanacaq qarşılaşma «CBC Sport»la canlı yayımlanacaq.

Adətən, belə həlledici oyunlarda klubun rəhbəri xüsusi mükafat ayırır. Hər halda Premyer Liqaya yüksəlmək istənilən komanda üçün mükafatdır.

Həm ölkənin futbol elitasında yer alacaqsan, həm də AFFA-dan daha 300 min yox, bu mövsümdən məbləği də artırılan 4 miyon manat dəstək vəsaiti.

Görək, bu gün Premyer Liqaya kim qayıdır: Sadıq Sadıqov, yoxsa Ramiz Məmmıədov?

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!