“Barselona” Premyer Liqadan icarəyə götürdüyü oyunçunu birdəfəlik transfer edir?

23 İyul 2024 12:00 İspaniya 1 237
“Barselona” Premyer Liqadan icarəyə götürdüyü oyunçunu birdəfəlik transfer edir?

“Barselona” müqavilə ilə “Mançester Siti”yə məxsus olan Joao Kanselonu birdəfəlik transfer etmək niyyətindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi artıq “şəhərlilər”lə danışıqlara başlayıb.

Futbolçu ötən mövsümü icarə əsasında “Barselona”da keçirib.

Klub oyunçunun performansından razıdır və onu birdəfəlik almaq istəyir. Kanselonun özü Kataloniya klubuna keçməyə hazırdır. Baş məşqçi Hansi Flik də Kanselonu transfer etməyə çalışır.

O, La Liqa klubunun heyətində bütün yarışlarda 42 oyun keçirib, 4 qol vurub, 5 qolun ötürməsini verib.

Futbolçunun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0